İspaniyanın Monkada şəhərində (Valensiya muxtar icması) qocalar evində baş verən yanğında azı 5 nəfər ölüb.

Bu barədə Regional Fövqəladə Hallar və Təhlükəsizlik Koordinasiya Mərkəzi tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə günü gecə baş verib.

Qeyd edilir ki, hadisə zamanı daha 11 nəfər dəm qazından zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İstinadlar Report