
İspaniyanın Malyorka adasında vertolyot kiçik təyyarəyə çırpılıb.
Hər iki hava gəmisi İnka şəhəri yaxınlığında yerə düşüb.
Qəza avqustun 25-də baş verib. Hadisə zamanı azı 3 nəfər həyatını itirib.
“Seksta” telekanalının əməkdaşları 5 nəfərin öldüyünü xəbər veriblər. Ölənlər arasında vertolyotun iki heyət üzvü və təyyarədə olan 3 nəfər var.
Xilasedicilər 4 nəfərin öldüyünü təsdiq ediblər.