İspaniya hökuməti Avropa İttifaqına daxil olmayan ölkələrdən gələnlər üçün krallığa giriş qaydalarını yüngülləşdirib.

Bu barədə ölkənin rəsmi hökumət qəzetində dərc olunan qərarda deyilir.

Qərara görə, İspaniyaya daxil olmaq üçün koronavirus üçün mənfi test təqdim etmək kifayətdir. Krallığa dəniz və ya hava yolu ilə gələn turistlər üç sənəddən birini daşımalıdırlar: “COVID-19-a qarşı peyvənd sertifikatı, sağalma şəhadətnaməsi və ya göstərilən xəstəliyin mənfi diaqnozu haqqında arayış. 12 yaşına çatmayanlar hər hansı sənədi təqdim etməkdən azaddırlar”.

İstinadlar Report