İspaniyanın “Renfe” dəmir yolu operatorunun işçilərinin bu gün başlatdığı tətil səbəbi ilə təxminən, 320 qatar reysi ləğv edilib.

Qeyd olunur ki, bu gün yerli vaxtla saat 23:00-da başa çatmalı olan tətili Həmkarlar İttifaqı İşçi Komissiyaları Konfederasiyası təşkil edib. Tətil yüksək sürətli qatarların, uzun məsafəli və regionlara reyslər həyata keçirən qatarların hərəkətinə təsir göstərəcək.

İspaniya rəsmiləri tətilə baxmayaraq, dəmiryol işçilərini minimal xidmət səviyyəsini saxlamağa məcbur edirlər.

“Renfe” əməkdaşları iş yerlərinin yaradılmasını, iş günlərinin azaldılmasını və maaşların artırılmasını tələb edirlər.

İstinadlar Report