İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.
Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.