
İspaniyanın hüquq-mühafizə orqanları Rusiyaya kimyəvi komponentlərin tədarükünə qoyulan embarqonu pozmaqda şübhəli bilinən beş nəfəri saxlayıb.
Bu barədə İspaniya Milli Polisi məlumat yayıb.
“Həmin şəxslər Barselona və Valensiya əyalətlərində Milli Polis, Gömrük və Vergi xidmətlərinin əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa, üç müəssisədə axtarışlar zamanı elektron daşıyıcılar və sənədlər müsadirə edilib”, – məlumatda qeyd olunub.