İspaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 40 197 nəfər artıb.

Pandemiyanın başladığı vaxtdan indiyədək İspaniyada 2 252 164 nəfər koronavirusa yoluxub, 53 314 xəstə isə vəfat edib.  

Səhiyyə Nazirliyi öz statistikasında son sutkada koronavirusdan ölənlərin sayı barədə məlumat təqdim etməyib, lakin son həftə ərzində 828 xəstənin vəfat etdiyini qeyd edib.

Oktyabrın sonunda İtaliya hökuməti ölkədə yenidən yüksək hazırlıq rejimi tətbiq edib. Bu, 2021-ci ilin mayınadək davam edəcək.

İstinadlar Qafqazinfo