İspaniyada koronavirusun yayılma templəri zəifləməyə başlayıb.

Bu barədə krallığın səhiyyə naziri Karolina Darias məlumat verib:

“Virusa yoluxanların sayının azaldığını müşahidə edirik. Vaksinləmə prosesini əhalinin 100%-ni peyvəndləyənədək davam etdirməliyik. Hamı peyvəndlənməyənədək özümüzü təhlükəsizlikdə hiss edə bilməyəcəyik”, – o deyib.

Üçüncü peyvənd dozasının vurulmasına ehtiyac olacağını bildirən nazir həmçinin koronavirusa qarşı peyvəndləmənin hər il aparmalı olacağını güman etdiyini söyləyib.

İstinadlar Report