İspaniyada güclü yanğın hadisəsi baş verib.

Bu barədə “Elperiodico.es” məlumat yayıb.

Məlumata görə, hadisə Kataloniyada, Jirona vilayətinin Ventalo bələdiyyəsində qeydə alınıb.

Qeyd edilir ki, yanğına ildırım vurması səbəb olub. Alov 1,5 min kvadrat metr ərazini əhatə edib. Hadisə nəticəsində 40 ev yanıb.

Alovun söndürülməsinə 6 yanğınsöndürən maşın cəlb edilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

İstinadlar Report