İspaniyanın Kataloniya vilayətində iki yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

Bu barədə regional yanğınsöndürmə xidmətinin press-relizində deyilir.

Məlumata görə, hadisə Barselona yaxınlığındakı Moya yaşayış məntəqəsi yaxınlığında baş verib. Hadisə şahidi yüngül təyyarənin hündürlükdən enərək aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıb.

Qəza nəticəsində təyyarə yanıb və alov bitki örtüyünə keçib. Yanğın söndürülüb.

Tezliklə qəzaya uğrayan ikinci yüngül mühərrikli təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.

İstinadlar Report