İspaniyanın Valensiya muxtar dairəsinin Kulyera şəhərində keçirilən elektron musiqi festivalında güclü külək zamanı bir neçə tikili, o cümlədən əsas səhnənin bir hissəsinin uçub.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd edilib ki, nəticədə 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qəzadan sonar festival dayandırılıb. Təşkilatçılar təhlükəsizlik məqsədilə tədbirin keçirildiyi ərazinin boşaldıldığını bildiriblər.

Festivalda 320 minə yaxın insan iştirak etməli idi.

İstinadlar Report