
İspaniyada geniş miqyaslı elektrik enerjisinin kəsilməsindən dəyən zərər, çox güman ki, təxminən 1 milyard avro təşkil edəcək.
Əgər İspaniyada bütün iş bir gün ərzində iflic olsaydı, zərər 4,5 milyard avroya çata bilərdi. Bəzi sektorlarda kəsintinin iş gününün ortasından sonra baş verməsi və problemin həlli üçün bir neçə saat tələb olunması səbəbindən “praktikada hər şey göstərir ki, zərər göstərilən maksimum məbləğdən xeyli az olacaq”.
Bu gün səhər milli elektrik şəbəkəsini idarə edən Red Electrica şirkəti İspaniyanın materik hissəsində elektrik təchizatının demək olar ki, tam bərpa olunduğunu bildirib.