Madriddə və Valensiyada noyabrın 9-da minlərlə insan daşqınlara görə İspaniya hökumətinə qarşı etiraz etmək üçün küçələrə çıxıb.
Valensiyada təxminən 40 ictimai və vətəndaş təşkilatının təşkil etdiyi kütləvi aksiyada 130 min nəfərə yaxın insan iştirak edib.
Bildirilib ki, etirazçılar regional hökumətin başçısı Karlos Masona qarşı çıxaraq ölkədəki daşqınların dağıdıcı fəsadlarına görə onun istefasını tələb ediblər. Mitinq iştirakçıları həmçinin faciə qurbanlarının xatirəsini yad ediblər.
Sosial şəbəkə istifadəçiləri aksiya iştirakçıları ilə İspaniya hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmaların baş verdiyini də qeyd ediblər.