İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.

Bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente “X” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, daşqınlar nəticəsində 78 nəfər itkin düşüb, meyiti tapılan 48 nəfərin isə hələ də şəxsiyyəti müəyyən edilməyib.

İstinadlar Report