İspaniya Milli Divanı korrupsiyada ittiham olunan Venesuelanın enerji nazirinin sabiq müavini Nervis Vilyalobosun ABŞ-a müvəqqəti təhvil verilməsinə razılıq verib.

N.Vilyalobos PDVSA dövlət neft şirkətində müqavilə bağlatdırmaq üçün rüşvət verməsi və əldə etdiyi pulların yuyulması ehtimalı ilə bağlı ədalət məhkəməsi qarşısına çıxarılması üçün ABŞ-a maksimum altı aylıq müddətə ekstradisiya olunacaq. Həmin müddət başa çatdıqda sabiq nazir müavini ona qarşı cinayət işlərinin başlandığı İspaniyaya qaytarılmalıdır.

Qeyd edək ki, 2004-2006-cı illərdə vəzifədə işləmiş N.Vilyalobos 2017-ci ilin oktyabr ayında İspaniya ərazisində saxlanılıb.

İstinadlar Report