İspaniya və Türkiyə hökuməti illik ticarət dövriyyəsini 25 milyard avroya çatdırmağı planlaşdırır.

Bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“2021-ci ildə keçirilən yüksək səviyyəli görüşdə biz ticarət dövriyyəsinin ildə 20 milyard avroya çatdırmağı qarşıya məqsəd qoymuşduq. Bu rəqəmi, güman ki, qarşıdakı aylarda keçəcəyik. Amma artım potensialı hələ də böyükdür və biz bu rəqəmi 25 milyard avroya çatdırmağı üzərimizə öhdəlik kimi götürdük”, – Sançes deyib.

İstinadlar Report