İspaniya polisi bildirib ki, içərisində partlayıcı maddə olan 6 zərfin ölkənin şimal-qərbində yerləşən Valyadolid şəhərindən göndərilib.

Məktubların əksəriyyətinin zərərsizləşdirildiyi qeyd edilib. Agentlər hələ ki, göndərənin kimliyini müəyyən etməyiblər.

Qəzet mənbələri vurğulayıb ki, bunu etmək çətin olacaq. Belə ki, məktublar müşahidə kameraları olmayan adi poçt qutularına yerləşdirilib.

Içərisində bomba olan bütün məktubların hamısı İspaniyadan göndərilib.

Xatırladaq ki, noyabrın 30-da Madriddəki Ukrayna səfirliyində partlayış baş verib. Zərfdə gizlədilən qurğunun partlaması nəticəsində səfirliyin əməkdaşı yüngül xəsarət alıb.

İstinadlar Report