İspaniya polisi qadınları cinsi istismar üçün Çindən İspaniyaya gətirən insan alveri şəbəkəsini üzə çıxarıb.

Bu barədə İspaniya polisi məlumat yayıb.

Əməliyyat çərçivəsində 30 nəfər həbs edilib, 33 zərərçəkən, o cümlədən yetkinlik yaşına çatmayan 1 nəfər azad olunub.

Polis istintaqın 2022-ci ildə başladığını və “Tyan Sya Şe Triadası” adlı yaxşı təşkil olunmuş beynəlxalq cinayət şəbəkəsinin üzə çıxarıldığını bildirib. Hamısı Asiya mənşəli olan qurbanlar köləliyə bənzər şəraitdə saxlanılıb. Onlar istismarçılarına 20 min avroya qədər çatan borclarını ödəmək üçün İspaniyada fahişəliyə məcbur ediliblər.

Şəbəkə, həmçinin Çindən ABŞ-yə qeyri-qanuni mühacirət müqabilində də böyük gəlir əldə edib.

İstinadlar Report