İspaniyanın Deputatlar Konqresi (parlamentin aşağı palatası) hökuməti dövlət başçısı olan kralın toxunulmazlığını əlindən almağa çağıran təşəbbüsü nəzərdən keçirəcək.

Bu barədə çərşənbə axşamı “Europa Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, təklif Kataloniyanın müstəqilliyinin tərəfdarı olan Kataloniyanın Sol Respublikaçıları Partiyası tərəfindən irəli sürülüb. Təşəbbüs hökuməti bütün insanların qanun qarşısında həqiqi dərəcədə bərabər olması və bu səbəbdən eyni şərtlərdə ədalət qarşısında cavabdehlik daşıması üçün hüquq sistemindəki bütün dəyişiklikləri təşviq etməyə çağırır. Kataloniya partiyası həmçinin keçmiş dövlət başçısı I Xuan Karlosun və kral ailəsinin digər üzvlərinin xüsusi imtiyazlardan məhrum edilməsinin tərəfdarıdır.

Təşəbbüslə bağlı müzakirənin çərşənbə axşamı başlayacağı gözlənilir. Səsvermə fevralın 25-də keçirilməlidir.

İstinadlar Report