İspaniyada müxalifət fəlakətdən zərər çəkənlərə təcili yardım paketini təsdiqləmək üçün sosialist Pedro Sançesin hökumətini dəstəkləməyə hazırdır.
Bu barədə İspaniya müxalifətinin lideri və mühafizəkar Xalq Partiyasının sədri Alberto Nunyes Feyxoo bildirib.
Qeyd olunur ki, Feyxoo 200-dən çox insanın ölümü ilə nəticələnən yağış və daşqınlar ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edilməsini tələb edib.