
İspaniya hökuməti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Bu barədə “El Mundo” qəzeti yazıb.
Daha əvvəl bu gün İspaniya ərazisinin demək olar ki, yarısında, o cümlədən Valensiya, Madrid, Barselona və Sevilyada elektrik enerjisi verilişinin dayandırıldığı bildirilmişdi.
Portuqaliya və İspaniyada elektrik enerjisinin verilişində fasilələr yerli vaxtla saat 12:20 radələrində başlayıb. Portuqaliyanın Lissabon şəhərində hava limanı fəaliyyətini dayandırıb. İspaniyanın Milli Kibertəhlükəsizlik İnstitutu kiberhücum versiyasını yoxlayır.