Bakıda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminarı işə başlayıb.
Seminarda Azərbaycanla yanaşı, Albaniya, Baham adaları, Burkina Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Yəmən və İsveçdən milli qurumların rəhbər heyətləri iştirak edir.