İsmayıllı rayonunun Basqal kəndindən keçən avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Hazırda avtomobillər torpaq sürüşməsinə məruz qalan yolun bir hissəsi ilə hərəkət edirlər.

Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, Basqal yolunda torpaq sürüşməsi müntəzəm xarakter alsa da, bununla bağlı hələ ki ciddi tədbir görülmür.

Onlar qeyd ediblər ki, Basqal kəndi turistik zona olduğundan, bu vəziyyət əraziyə gələn qonaqlar üçün də müəyyən risk yaradır.

İstinadlar Report