İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub.

Torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Buna səbəb son zamanlar Şimal-Qərb bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Leysandan əsasən dağətəyi əərazilərdə olan evlər zərər çəkib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi bir-iki gün davam etsə, kənddə yaşamaq mumkün olmayacaq. Bundan başqa, dağlardan sel suları ilə gələn gil qatı həyətyanı sahələrdə də bir sıra çətinlik yaradıb.

Məsələ ilə bağlı Qoydan kənd icra nümayəndəsi Vüqar Bəşirov bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

İstinadlar Report