İsmayıllıda dəhşətli yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolununda baş verən yol qəzasında İsmayıllının Diyallı kənd sakini 1995-cı il təvəllüdlü Abışov Ramal Əliyusif oğlu hadisə yerində ölüb. Qəza nəticəsində İsmayıllı rayon sakinləri – 1977-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu, 1982-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu müxtəlif növ bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə barədə eşidən yaralılardan birinin qohumu 1965-cı il təvəllüdlü Nağıyev Rəhman Surxay oğlu hadisə zamanı oğlunun öldüyünü zənn edib. Ürək xəstəsi olan R. Nağıyevin səhhəti pisləşib və qəfildən ölüb

Faktla bağlı araşdırma aparılır.

Rəşad Mikayılov

İstinadlar Qafqazinfo