
İsmayıllı sakinlərini ilan sancıb.
Qalagah kənd sakini, 2005-ci il təvəllüdlü Əliyev Səbuhi Qasım oğlu və Girk kənd sakini, 1958-ci il təvəllüdlü Quliyeva Fatma Cəfər qızı həyətdə əkin işləri görərkən ehtiyatsızlıq ediblər. Bu zaman otların arasında olan ilan qəflətən onları sancıb.
Zərərçəkənlər təcili yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.