İsmayıllı rayonu daha bir qazisini qarşıladı

İsmayıllı rayonunun Aşağı baş kəndinin sakini, 1997-ci il təvəllüdlü Kərimli Kənan İrəvan oğlu.23 yaşlı gənc bu ilin mayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı rabitəçi kimi kurs keçib.

Böyük Vətən Müharibəsi başlayan zaman Kənan da könüllü olaraq döyüş bölgəsinə gedib. Fizuli rayonu istiqamətində gedən döyüşlərində canlı rabitəçi kimi xidmətini davam etdirib (məxfi məlumatları daşıyan rabitəçi – Red). Kənan məxfi məlumatları özü ilə digər taborlara aparan zaman düşmən snayperlə onu atəşə tutub. Atəşdən yayınan Kənan və beş hərbçi yoldaşına qarşı düşmən minaatanlarda istifadə edir. İlk atəş zamanı yüngül xəsarət alan hərbçilər, ikinci atəşdə ağır yaralanırlar.

Nəticədə o, sağ ayağını itirir, bədənində çoxlu sayda qəlpə yaraları alır. Əsgərin yaralı olduğunu görən tabor komandiri, kapitan Zamir Zülfüqarov özünü Kənanın üzərinə ataraq onu üçüncü mərmidən xilas edib və hərbi hospitala çatdırıb.

Qəlpələrdən biri əsgərimizin ağ ciyərinin yuxarı hissəsini deşib keçərək daxili orqanında qalib. Kürəyində isə üç qəlpə daxili əzələlərdə qalıb.

Qazimiz deyir ki, xidmət etdiyi taborun adı “canlı rabitəçilər” idi: “Çünki müharibənin gedişatı bizim vaxtında çatdırdığımız məxfi məlumatlardan asılı idi.

Elə bu səbəbdən düşmən bizi izləyərək canlı ələ keçirtmək istəyirdi. Bizdə olan məxfi məlumatları öyrənmək əsas məqsədləri idi. Lakin bizə verilən tapşırığa əsasən, məlumatlar vaxtında deyilən məntəqəyə çatdırılmalıydı. Düşmənə əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə. Bu gün mən sağ ayağımı itirməyimə baxmayaraq, bədənimdə çoxlu sayda qəlpələr olsa belə, yenə də sağ qalmağıma görə tabor komandirim, kapitan Zamir Zülfüqarova borcluyam”.

Qazimizin atası Kərimli İrəvan deyir ki, İkinci Qarabağ müharibəsində iştirak etdiyinə və qazi olduğuna görə oğlu ilə qürur duyur.

Kərimli Kənanını anası Gülnarə xanım bildirib ki, övladını Vətənə xidmət etmək üçün böyüdüb: “Şükürlər olsun ki, oğlum döyüşlərdə iştirak edərək qazi adına ucalıb.

Oğlumla hər dəfə danışanda o mənə hər şeyin yaxşı olduğunu bildirirdi və məndə bir ana kimi hər an nə olacağına hazır idim, bu bir müharibədir və müharibədə şəhid olmaqda var, qazi olmaqda. Bu gün oğlum qazi olduğuna görə qürur duyuram”.

Qeyd edək ki, qazimizi ziyarət etmək üçün rayondan yüzlərlə sakin onun evinə gəlir.

İstinadlar Report

>Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
14:17 Kəlbəcərdə ekoloji monitorinqlər davam etdirilir – Fotolar
13:55 Avropa Komissiyası şirkətləri sanksiyalardan qorumaq planı hazırlayıb
13:52 “İşi ilə əlaqədar yeni doğulmuş övladını da çox az görmüşdü”
13:47 Dünyanın gözü sabah bu şəhərdə olacaq: Bayden andiçməyə hazırlaşır
13:27 Temperatur gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq
13:24 Mirdaməd Sadıqovun vəziyyəti ağırlaşdı
13:22 Füzulinin Şəkərcik kəndindən görüntülər – VİDEO
12:54 Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı artıb
12:52 Daha 7 erməni hərbçinin meyiti tapıldı
12:47 “Vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər”
12:39 Çində koronavirusun yeni episentri aşkarlanıb
12:37 KİV: Bayden miqrasiya sahəsində islahatlara başlayacaq
12:24 Rus general Kəlbəcərdə Azərbaycanlılara qadağa qoydu – VİDEO
12:23 Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi

Əvvəlki xəbərlər