“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Üçüncü dəfədir Qarabağa səfər etdiyini xatırladan həmsədr bu ərazilərin operativ şəkildə bərpa edildiyini görməkdən şad olduğunu söyləyib.

O, Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyini vurğulayıb.

İstinadlar Report