“İslami Cihad” qruplaşması Qəzza zolağında İsrail Müdafiə Qüvvələri ilə atəşkəsə razılaşıb.

Bildirilir ki, islamçılar atəşkəsə hazır olduqlarını təsdiqləyən bəyanat yayıblar. Onun bu gün saat 23:30-da qüvvəyə minməsi gözlənilir.

Bundan əvvəl Misirdəki mənbələr İsrailin də atəşkəsə razılaşdığını təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl saat 20:00-da atəşkəsin gözlənildiyi bildirilib, lakin məlum olub ki, “İslami Cihad” nümayəndələri nizamlanmada vasitəçilik edən Misirdən əlavə təminat tələb ediblər.

İstinadlar Report