Özbəkistanın mərhum birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova barəsində yeni məhkəmə hökmü çıxarılıb.

“Report” “Kun.Daşkənd Şəhər Cinayət İşləri Məhkəməsi G.Kərimova və onun yaratdığı cinayətkar dəstə üzvləri barəsində cinayət işinin araşdırılmasını başa çatdıraraq hökmünü elan edib.

Cinayət işi materiallarını hərtərəfli və dolğun araşdıran məhkəmə müttəhim G.Kərimovanı cinayətkar dəstə təşkil etmək, dələduzluq, mənimsəmə və israf yolu ilə talama, cinayət yolu ilə əldə edilən vəsaitləri leqallaşdırma və s. cinayət əməllərini törətməkdə təqsirkar bilib.

Məhkəmənin hökmü ilə G.Kərimova 13 il 4 ay müddətinə həbs cəzasına məhkum olunub. Cinayət qanunları normalarına uyğun olaraq, bir neçə cinayətlə bağlı cəza təyin edərkən əvvəldən hesablandığına görə cəza müddəti 2015-ci il 21 avqust tarixindən hesablanır.

Dəstənin 4 üzvü 17-20 il müddətinə, biri 3 illik sınaq müddətilə 5 il 3 ay 21 gün həbs cəzasına məhkum ediliblər, daha 2 nəfər isə cinayət məsuliyyəti müddətinin başa çatdığı üçün sərbəst buraxılıb.

Oxumağa dəyər:   Hindistanda leysan yağışları 40-dan çox adamın ölümünə səbəb oldu

Qeyd edək ki, G.Kərimova 2015-ci ilin avqust ayında da dələduzluq, külli miqdarda mənimsəmə, 2 milyard ABŞ dollarını xaricə çıxartmaq kimi iqtisadi cinayətlərdə təqsirkar bilinərək 5 illik həbs cəzasına məhkum edilmişdi.

Daha sonra barəsində xarici valyuta ilə qanunsuz əməliyyatlar, gömrük qanunlarını pozma kimi ittihamlar irəli sürüldüyü G.Kərimova 2017-ci ilin 18 dekabr tarixində 10 il müddətinə həbs cəzasına məhkum edilsə də, 2018-ci il 1 iyul tarixində cəzası 5 il müddətinə azadlığı məhdudlaşdırmaqla əvəzləndi. Lakin sonrakı dövrdə qaydaları pozmaq və vurduğu zərərin ödənməsinə qarşı çıxdığı üçün 2019-cu ildə həbsxanaya qaytarıldı.

İstinadlar Report