Türkiyə millisinin sabiq baş məşqçisi postundan öz xoşu ilə getmədiyini bildirib
Tvitter hesabından açıqlama verən təcrübəli mütəxəsis federasiyanın onu istefaya göndərdiyini qeyd edib.
“3.5 il çalışdığım Türkiyə Futbol Direktoru vəzifəsindən özüm getmədim. Daha dəqiq yazsam, işimə TFF tərəfindən son verildi. Bir müddət əvvəl yaşanan olaydan sonra (red. İzmirdə düşdüyü konflikt) federasiya prezidenti Yıldırım Demirörenin ofisində dedim ki, həmin hadisə quruma ziyan vurursa, getməyə hazıram. Demirören məni qucaqlayıb “Hələ çox işimiz var” dedi. Köməkçilərimlə hazırlıqlara davam etdim. 26 iyulda TFF rəsmisi Ali Dürüst yanıma gəlib bildirdi ki, keçirilən toplantıda məni istefaya göndərmək haqqında qərar qəbul olunub. Təəccüblə “Bu iki önəmli oyun ərəfəsində mi?” – dedim. “Təəssüf ki, belədir”- cavab verdi. Daha sonra Yıldırım Demirörenlə görüşdüm. Alınan qərarı təsdiq etdi. Ayrılığın da normal bir şey olduğunu və baş məşqçi postunun tez bir zamanda doldurulmasını deyərək vidalaşdım. Mən susduqca yerimə danışanlar çox olur. Lazımsız iddia və şərhləri məyus şəkildə izləyirəm. Baş verənlərin əsli budur”.
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar goal-az