İŞİD terror qruplaşması İraqda polis əməkdaşlarına hücum edib.

Bu barədə “Anadolu” agentliyi bildirib.

Məlumata görə, hadisə Kərkükdə baş verib. Terrorçuların federal polis əməkdaşlarına ayrı-ayrılıqda iki hücumu zamanı 6 asayiş keşikçisi həlak olub.

Qeyd edilir ki, ilk hücum Riyad qəsəbəsində, Ələviyə yaxınlığında baş verib. Terrorçuların avtomatlardan açdıqları atəş nəticəsində 4 polis əməkdaşı öldürülüb.

Rəşad qəsəbəsinin Telsuse kəndi yaxınlığında polisə hücum edən İŞİD silahlıları daha 2 polisi öldürüblər.

Bölgədə terrorçulara qarşı irimiqyaslı əməliyyat başlayıb.

İstinadlar Report