İsveçin baş naziri Stefan Leven çərşənbə günü bəyan edib ki, ölkəsi İŞİD terrorçuları tərəfindən Suriyada törədilmiş cinayətlərin araşdırılması üçün xüsusi tribunalın yaradılması təklifi ilə çıxış etmək niyyətindədir.

Siyasətçi bunu “Aftonbladet” nəşrinə müsahibəsində deyib.

İsveçin xarici işlər naziri Mikael Damberq cümə axşamı Brüsseldə avropalı həmkarları ilə görüşdə bu təkliflə çıxış edəcək.

“İnsan haqlarının pozulmasına görə məsuliyyət olmalıdır. Əgər kimsə terror aktı və ya hərbi cinayət törədirsə, o, bunun harada baş verməsindən asılı olmayaraq, məhkəmə qarşısına çıxmalıdır”, – deyə Leven bildirib.

Daha əvvəl İraqda İŞİD-i maliyyələşdirən böyük şəbəkə ifşa olunub.

İstinadlar Report