
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün müraciət edən sahibkarların sayı artıq 2 mindən çoxdur.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazı Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, müraciətlərin yarıdan çoxu investisiya yönümlüdür.