Şuşada “By youth for youth” (“Gənclikdən gəncliyə”) adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşəbbüs xalqlar arasında sülhə töhfə verir.

Bunu İSESCO-nun baş katibi Səlim Al Malik deyib.

O, bu təşəbbüsə görə, Prezident İlham Əliyevə, birinci vitse-prezidentə və Azərbaycan xalqına təşəkkür edib.

Baş katib bildirib ki, bu təşəbbüs: “Sülhün bərqərar olmasında gənclərin mühüm rolu var. Həmçinin İSESCO- nun əmək qüvvəsinin 42 faizini gənclər təşkil edir. Biz bu rəqəmi 50 faizə çatdırmaq istəyirik”.

Baş katib qeyd edib ki, bu forum ümid çırağıdır: “İnanırıq ki, bu təşəbbüs davamlı olacaq”.

İstinadlar Report