Bir qrup şəxs Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən 9 saylı poliklinikanın qarşısında etiraz aksiyası keçirilməsinə icazə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Məlumata görə, piketin təşəbbüskarı Rüfət Rəhimov bildirib ki, aksiya iyunun 28-də saat 12:00-dan 14:00-dək polklinikanın qarşısında planlaşdırılır və 100-150 nəfər iştirak edəcək. O, etiraz aksiyasının poliklinikanın müdiri Lalə Hacızadənin fəaliyyəti ilə bağlı olduğunu bildirib və BŞİH-dən aksiyanın keçirilməsinə icazə verilməsini xahiş edib.

BŞİH-dən R.Rəhimova qeyd edilən tarixdə və ərazidə etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib.

Qeyd edək ki, piketin təşkilatçısı R.Rəhimov uzun müddət polilklinikadakı aptekə rəhbərlik edib. Lakin daha sonra onun 2019-cu ildə xəstəxanaya rəhbər təyin edilən L.Hacızadə ilə münasibətləri pozulub və işdən kənarlaşdırılıb.

İstinadlar Qafqazinfo