İrlandiyada koronavirus məhdudiyyətlərinin əksəriyyəti ləğv edilib.
Bu barədə Baş nazir Maykl Martin bildirib.
Hökumətin dünən qüvvəyə minən qərarlarına əsasən, yerli vaxtla saat 20:00-dan sonra bağlanan bar və restoranlar artıq heç bir müddət məhdudiyyəti olmadan xidmət göstərə biləcək.
Əyləncə məkanlarının girişində peyvənd və ya COVID-19 sənədi tələb olunmayacaq.
Konsertlərin keçirildiyi zallar və ya stadionlar tamaşaçıları tam gücü ilə qəbul edə biləcək.
Ölkə daxilində işçilər bazar ertəsindən etibarən tədricən ofislərə qayıdacaqlar.