
İrlandiya prezidenti Maykl Higgins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.
Bu barədə “RTE” telekanalı məlumat yayıb.
Əvvəlcə Dublindəki “Phoenix Park”dakı prezident iqamətgahında həkimlər 82 yaşlı dövlət başçısını müayinə ediblər. İlk müayinə heç bir narahatlıq yaratmasa da, Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcək.