Fevralın 29-da özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilən İrlandiya Prezidenti Maykl Hiqqins cümə axşamına qədər xəstəxanada qalacaq.

Bu barədə RTE telekanalı məlumat yayıb.

82 yaşlı dövlət başçısının xəstəxanadan buraxılması qərarı onun yaşadığı zəiflik səbəbindən verilib.”Prezident Hiqqins öz həkim qrupu ilə məsləhətləşdikdən sonra həkimlərin onun qan təzyiqinə nəzarət etməsi üçün daha bir neçə gün xəstəxanada qalmaq tövsiyəsi ilə razılaşıb. Hiqqinsə tam sağalmaq üçün İrlandiya paytaxtının mərkəzindəki Phoenix Parkdakı iqamətgahına qayıtdıqdan sonra bir neçə həftə ictimai fəaliyyəti məhdudlaşdırmaq tövsiyə edilib.

İstinadlar Report