İslandiya Hərbi Dəniz Qüvvələrinin iki gəmisi ekipajları idarə etmək üçün işçi qüvvəsi çatışmazlığı səbəbindən Holboulayn bazasında dayanacaq.

Bu barədə “The Journal” məlumat yayıb.

Qeyd olunub ki, söhbət “LE Roisin” və “LE Niamh” dəniz patrul gəmilərindən gedir. Keçən həftə Müdafiə Qüvvələrinin iclasında gəmilərin 31 yanvar tarixindən hərbi bazada lövbər salması ilə bağlı qərar qəbul edilib.

Yaxın aylarda Yeni Zelandiyadan İslandiyaya daha iki yeni dəniz gəmisi gəlməlidir və onların da hələ ekipajları yoxdur.

İstinadlar Report