XX əsrin məşhur amerikalı rəssamı Marqaret Kin 94 yaşında vəfat edib.

O, bazar günü vəfat edib.

Qeyd edək ki, məşhur rəssam rejissor Tim Börtonun “İri gözlər” (“Big eyes”) bioqrafiya filminin qəhrəmanı olub. O, uzun müddət əri Uolter Kin tərəfidnən istismar edilib. Marqaretin məşhur “iri gözlər” əsərləri Uolterin adından sərgilərdə nümayiş olunub. 1970-ci ildə radioda çıxışı zamanı o, əsərlərin həqiqi müəllifinin özü olduğunu etiraf edir. Daha sonra isə ərindən boşanaraq əsərlərinə müəlliflik hüququnu bərpa edir. 

İstinadlar Qafqazinfo