“Polis nə qədər islahatlardan danışsa da, gördüyü işin “səmərəsini” ictimaiyyətə çatdırmağa çalışsa da, bu gün Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır. Xüsusilə polisdə əməliyyat xidməti axsaqdır”.

Bu sözləri “Sputnik Armeniya”ya müsahibəsində İrəvanın keçmiş prokuroru Raffi Aslanyan deyib.

Onun sözlərinə görə, bu gün polis də siyasi proseslərə cəlb edilib və bu, onlara əlavə yük yaradır. Ermənistanda qətllərin sayının artmasından danışan Aslanyan qeyd edib ki, polisin funksiyası təkcə törədilmiş cinayətləri araşdırmaq deyil, həm də onların qarşısını almaqdır.

“Təsadüfi deyil ki, peşəkarlığın azlığını qeyd etdim. Hazırda polisdə peşəkar yanaşma yoxdur. Yeni nəslin lazımi bacarıqları yoxdur”.

İstinadlar Report