“Daşnaksütyun” Partiyasının daha bir üzvü – təşkilatın Fransa Gənclər Birliyinin mərkəzi şöbəsinin rəhbəri Njde Qaraqavoyan Ermənistanda “arzuolunmaz şəxs” elan olunub.

Partiya Ermənistan hakimiyyətinin bu qərarını tamamilə əsassız adlandırıb.

“Bu üsullar bütün mümkün vasitələrlə partiyanın qlobal gənclər strukturunun işini dayandırmağa və əngəl törətməyə çalışan Ermənistanın hazırkı hakimiyyətinin anti-erməni mövqeyini bir daha təsdiqləyir”, – partiyanın yaydığı açıqlamada vurğulanır.

Qaraqavoyan fevralın 6-10-da Qərbi Zəngəzur bölgəsində keçiriləcək tədbirdə iştirak etmək niyyətində idi.

İstinadlar Report