İrəvandakı aksiya zamanı bəzi  etirazçılar xəstəxanaya yerləşdirilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, həm aksiya iştirakçıları, həm də polis əməkdaşları tibbi yardıma müraciət ediblər.

***

Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında baş verən qarşıdurma zamanı 34 nəfər xəsarət alıb. 

Onların arasında 16 polis əməkdaşı və 18 mülki şəxs də var. Artıq 17 nəfərə tibbi yardım göstərilərək tibb məntəqələrindən buraxılıb. Xəsarət alanlardan biri əməliyyat olunub. Respublika meydanında keçirilən etiraz aksiyasında 3 iştirakçının bıçaqlı silahları aşkar edilib və onlar saxlanılıb.

İstinadlar Qafqazinfo