
Sentyabrın 19-u İrəvanda hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı 16 nəfər saxlanılıb.
Onlardan 11-i hökumət binasının, 5-i isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısındakı fəaliyyətlərinə görə saxlanılıb.
Xatırladaq ki, dünən İrəvanda hökumət əleyhinə etiraz aksiyası keçirilib. Aksiya zamanı etirazçılar Rusiyanın ölkədəki səfirliyinin binasına girişi bağlayıb. Çox sayda insan binanın həm əsas, həm də arxa girişinin önünə toplaşıb. Polis daha sonradan binaya girişi bərpa edib.