Ermənistanın paytaxtı İrəvanda yanacaqdoldurma məntəqəsində silahlı hücum edilib. 

Bu barədə məlumatı “Shamshyan” portalı yayıb. 

Məlumata görə, maskalı iki şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına hücum edib.

Əməkdaşların müqavimət göstərdiyi bildirilir. Nəticədə iki işçi yaralanıb. 

Silahlı şəxslər isə hadisə yerindən qaçıblar. Hazırda polis axtarışları davam etdirir.

 

İstinadlar Qafqazinfo