ARF-nin “Daşnaksütyun” təşkilatının gənclər qanadından bir qrup fəal Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirib.

Etirazçılar Nikol Paşinyanın ordu ilə bağlı açıqlamalarına da etiraz edərək hakimiyyəti xəyanətdə və təslim olmaqda təqsirləndiriblər.

Aktivistlər özləri ilə çiyələk, şirniyyat və alt paltarı gətirərək binanın qarşısına atıblar.

Bundan sonra təhlükəsizlik qüvvələri etirazçıları saxlamağa başlayıb, polislə aktivistlər arasında kiçik qarşıdurma yaşanıb. Təxminən 20 aktivist küçəni bağlasa da, polis onları dağıtmağa müvəffəq olub.







İstinadlar Qafqazinfo