
İrəvanda etiraz yürüşü hələlik başa çatsa da, sabah səhərdən etibarən davam edəcək.
Bunu polis tərəfindən saxlanılmamışdan öncə “Ana Ermənistan” alyansının və Milli Komitənin üzvü Andranik Tevanyan deyib.
O bildirib ki, səhər saatlarından etirazçılar İrəvanın mərkəzində bir neçə küçəni bağlayacaqlar.
Qeyd edək ki, nümayişlərdə saxlanılanlar sırasında A. Tevanyanla yanaşı, ölkənin ikinci Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.