İrəvanın Baqramyan prospektində aksiya keçirən “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları hökumətin binasına doğru hərəkət ediblər.

Arxiyepiskop Baqrat Qalstanyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan hökumətin binasındadır.

“Hökumət binasına doğru irəliləyəcəyik. Görəcəyik o (Paşinyan – red.) ordadır, ya yox”, – arxiyepiskop deyib.

Qalstanyanın sözlərinə görə, bəlkə də onlar binaya yaxınlaşanda Paşinyan binanı tərk edəcək. Etirazçılar gecəni çadır düşərgəsində keçirmək niyyətindədirlər.

İstinadlar Report