Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, nümayişçilər heç yerə getməyəcək və çadır quraraq Baqramyan prospektini bağlayacaqlar.

Hadisə yerindən yayımı yerli xəbər portalları aparır.

“Biz burada qalacağıq, avtomobillərimizə yerləşəcəyik və çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq”, – Qalstanyan tərəfdarlarına bildirib.

İstinadlar Report